Əliyev Szinpinlə niyə rusca danışdı?

Əliyev Szinpinlə niyə rusca danışdı?

Tarix: Siyasət

İlham Əliyev Si Szinpinlə danışıqlar zamanı rus dilindən istifadə etdi, çünki Çin lideri rus dilini başa düşür.

BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov “Moskva-Bakı”ya müsahibəsində deyib.

“Əliyevin başqa dillərdə danışmaq imkanı var idi. Belə bir addımın mahiyyəti nədir? İlk növbədə deyərdim ki, onları birləşdirən dil rus dilidir. İkincisi, bu, iki ölkə üçün açıq-aydın müstəqillik siqnalı, Qərbə mesaj idi. Moskvada Bakı ilə Pekin arasında belə təmaslar çox müsbət qarşılanır, onlar Rusiyanın strateji maraqlarına cavab verir”, - o bildirib.