Rubio “soyqırımsız” statusu ilə İrəvana mesaj verdi

Rubio “soyqırımsız” statusu ilə İrəvana mesaj verdi

Tarix: Siyasət

ABŞ Dövlət katibi Marko Rubio da ermənilərin “soyqırım” adlandırdığı qondarma olayla bağlı status paylaşıb.

BUTA.TV xəbər verir ki, Prezident Tramp kimi, Rubio da “soyqırım” sözünü işlətməyib və hadisələri “böyük fəlakət” adlandırıb.

Rubio hadisələri qiymətləndirməkdən daha çox, sülh çağırışı etməsi diqqət çəkib.

“Bərpası mümkün olmayan itkiyə baxmayaraq, erməni xalqı möhkəm dayandı və qalib gəldi.

Biz böyük fəlakəti təkcə ağrı ilə deyil, həm də qətiyyətlə xatırlayırıq. Biz keçmişə hörmət edirik və Ermənistan və region üçün davamlı sülh, firavanlıq və təhlükəsizlik naminə çalışmağı səbirsizliklə gözləyirik”, - Rubio bildirib.