Ermənistan və Azərbaycan bir-biri ilə sülh şəraitində yaşayacaq, bir-biri ilə ticarət edəcək.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Ermənistanla Azərbaycan sülh şəraitində yaşayacaq, bir-biri ilə ticarət edəcək, əvvəllər olduğu kimi bizim bazarlarda Azərbaycan malları, onların bazarlarında isə Ermənistan malları olacaq. Ermənilərlə azərbaycanlılar yan-yana yaşayacaqlar. Müharibə olmayacaq, sülh olacaq”, - spiker bildirib.
Alen Simonyan iki xalq arasında sülh və birgəyaşayışa qarşı çıxan erməniləri “Köçəryan-Serj zooparkında yaşayan heyvanlar” adlandırıb.