Ermənistan Bakıya uçuşların sayını açıqladı

Ermənistan Bakıya uçuşların sayını açıqladı

Tarix: Siyasət

2025-ci ilin yanvar-iyun aylarında İrəvandan Bakıya və əks istiqamətdə iki dövlət reysi həyata keçirilib.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi bildirib.

“Bu il İrəvan-Bakı marşrutu üzrə bir, əks istiqamətdə isə bir reys həyata keçirilib. Hər iki halda təyyarədə xarici dövlətlərin nümayəndələri olub”, - qeyd olunub.

Bildirilib ki, 2020-ci ildən etibarən İrəvan-Bakı-İrəvan marşrutu üzrə aviadaşımalar yalnız beynəlxalq nümayəndə heyətinin daşınması üçün dövlət reysləri formatında həyata keçirilir. Marşrut fəaliyyətə başlayandan indiyədək 68 belə reys həyata keçirilib.