Allahverdi Yolçuyevlə bağlı məsələlər Mədəniyyət Naziliyinin diqqət mərkəzindədir. Aktyor dövlət tərəfindən təqaüdlə təmin olunub. Bundan əlavə, Mədəniyyət Nazirliyi tərəfindən müvafiq dəstək göstərilib, həmçinin mövcud qanunvericilik çərçivəsində əlavə sosial təminat mexanizmlərindən yararlanması üçün imkanlar nəzərdən keçirilir.
Bu barədə Mədəniyyət Nazirliyindən BUTA.TV-ın sorğusuna cavab olaraq bildirilib.
Bildirilib ki, mədəniyyət və incəsənət xadimlərinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahədə tədbirlər ölkə rəhbərliyinin birbaşa nəzarəti altında davam etdirilir.
Qeyd edək ki, aktyor A.Yolçuyevin dərmanlarını almaq üçün corab satdığı üzə çıxıb.