Rusiya ilə gərginliyin səbəbkarı Azərbaycan deyil.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda keçirilən AQEM Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasında jurnalistlərə açıqlamasında deyib.
O xatırladıb ki, ötən ilin dekabr ayında Azərbaycanın təyyarəsi Rusiya tərəfindən vurulub:
"Ardınca Yekaterinburqda Azərbaycan diasporunun üzvlərinə qarşı xoşagəlməz hadisələr yaşandı, Ukraynada SOCAR-ın anbarları vuruldu. Həştərxanda Baş nazir müavinləri səviyyəsində görüş keçirilib. Qarşı tərəf gərginlik istəmədiyini deyir, amma davranışlarından da münasibətlərin bərpası üçün bizdən addım atmağı gözlədikləri görünür. Ancaq gərginliyi azaltmaq üçün qarşı tərəf addım atmalıdır, biz də adekvat addım gözləyirik. Bu baş tutsa, vəziyyət də yaxşılaşa bilər".
- Tamerlan Qarayev Bakıdadır - Foto
- Yaşar Əməşova yeni vəzifə verildi - Foto
- Sabiq nazirin nəvəsi faciəvi şəkildə öldü
- Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı...
- Bakıda baş verən moped və motosiklet qəzaları - Anbaan video
- Bu məktəb və liseydə nümunəvi mülki müdafiə məşqi keçirildi
- Sabah 22 dərəcə isti olacaq
- Xəstənin ölümündə təqsirləndirilən ginekoloqa hökm oxundu