Zəngəzur dəhlizi Prezident İlham Əliyevin adını daşımalıdır.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusunda xüsusi iclasda parlament sədrinin birinci müavini Əli Əhmədov deyib.
Əli Əhmədov Azərbaycanın yeni tarixinin yaradıldığını söyləyib: “Biz hamımız da yaradılan yeni parlaq səhifələrə şahidik. Azərbaycan və Prezident İlham Əliyev sadəcə, Azərbaycanın yeni tarixini yaratmaqla kifayətlənmir, eyni zamanda regionun yeni tarixini yaratmaq missiyasını öz üzərinə götürüb. Hər bir dövlətin qüdrətini göstərən 3 amil var. Bura ölkənin iqtisadiyyatı, ordusu , diplomatiyası daxildir. Diplomatiya sahəsində əldə olunan nailiyyətlər daha çox şəxsiyyət və lider amilinə istinad edir. Eyni zamanda bu, Azərbaycanın ABŞ-la əlaqələrinin yeni keyfiyyət mərhələsinin inkişafıdır, Azərbaycanın beynəlxalq iqtisadi inteqrasiyasının daha da genişlənməsinə gətirib çıxaracaq. Bu görüşdə Zəngəzur dəhlizinin həyata keçirilməsi üçün beynəlxalq zəmanət əldə edildi. Azərbaycan diplomatiyasının ən parlaq zirvəsi Vaşinqton görüşləri və burada əldə olunan nailiyyətdir. Vaşinqtonda əldə edilən böyük diplomatik qələbənin yeganə müəllifi Prezident İlham Əliyevdir. Zəngəzur dəhlizi yeni tarixin çox vacib layihəsi olacaq. Bakı-Tbilisi-Ceyhan kəməri Ümummilli Lider Heydər Əliyevin adını daşıdığı kimi Zəngəzur dəhlizi də Prezident İlham Əliyevin adını daşımalıdır”.
- Tamerlan Qarayev Bakıdadır - Foto
- Yaşar Əməşova yeni vəzifə verildi - Foto
- Sabiq nazirin nəvəsi faciəvi şəkildə öldü
- Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı...
- Bakıda baş verən moped və motosiklet qəzaları - Anbaan video
- Bu məktəb və liseydə nümunəvi mülki müdafiə məşqi keçirildi
- Sabah 22 dərəcə isti olacaq
- Xəstənin ölümündə təqsirləndirilən ginekoloqa hökm oxundu