Onlar konservatorların gücünün zəiflədilməsini hesab edirdilərsə, bunun əks effekt verəcəyini düşünürəm.
Bu sözləri BUTA.TV-a açıqlamasında siyasi ekspert Natiq Cəfərli Trampın qatı tərəfdarlarından olan ifrat sağçı fəal Çarli Kirkin qətli haqqında deyib.
Ekspertin fikrincə, Kirkin öldürülməsi ABŞ-ın daxili siyasətindəki vəziyyətin daha da gərginləşməsinə və liberallarla, yəni Demokratlar Partiyasının tərəfdarlarıyla konservatorların - respublikaçıların daha ciddi qarşıdurmasına səbəb olacaq:
“Çarli yeni konservatizmin ideoloqlarından biri idi. Güman ki, o, konservativ dünyagörüşün, yəni “əsl amerikan dünyagörüşü”nün simvoluna çevrilə bilər. Artıq respublikaçılar bununla bağlı addımlar atmağı da düşünürlər.
Mənə elə gəlir ki, Demokratlar Partiyasının tərəfdarları bu gün sevinirlərsə və bu hadisəni törədənlər liberal qruplara yaxın insanlardırsa, strateji səhv etdilər”.
Qeyd edək ki, Çarli Kirk sentyabrın 10-da Yuta Vadisi Universitetində (Utah Valley University) çıxışı zamanı boynundan aldığı güllə yarasından ölüb.
- Tamerlan Qarayev Bakıdadır - Foto
- Yaşar Əməşova yeni vəzifə verildi - Foto
- Sabiq nazirin nəvəsi faciəvi şəkildə öldü
- Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı...
- Bakıda baş verən moped və motosiklet qəzaları - Anbaan video
- Bu məktəb və liseydə nümunəvi mülki müdafiə məşqi keçirildi
- Sabah 22 dərəcə isti olacaq
- Xəstənin ölümündə təqsirləndirilən ginekoloqa hökm oxundu