Ötən gün Ermənistan daxili işlər naziri Arpine Sərkisyan ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun baş rəsmisi Brendan Hanrahanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Arpine Sarkisyan ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə edilmiş sülhün təmin olunmasındakı rolunu yüksək qiymətləndirib.
Görüşdə həmçinin təşkil olunmuş cinayətkarlıq, kiber cinayətlər və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq, polis islahatlarına dəstək və kiber laboratoriyanın yaradılması müzakirə olunub.
Danışıqlar zamanı Ermənistanın suverenliyi və ərazi bütövlüyünün qorunması prinsipləri çərçivəsində "Tramp maşrutu" (Zəngəzur dəhlizi) layihəsi və əməkdaşlıqla bağlı digər məsələlər də diqqətdə saxlanılıb.
- Tamerlan Qarayev Bakıdadır - Foto
- Yaşar Əməşova yeni vəzifə verildi - Foto
- Sabiq nazirin nəvəsi faciəvi şəkildə öldü
- Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı...
- Bakıda baş verən moped və motosiklet qəzaları - Anbaan video
- Bu məktəb və liseydə nümunəvi mülki müdafiə məşqi keçirildi
- Sabah 22 dərəcə isti olacaq
- Xəstənin ölümündə təqsirləndirilən ginekoloqa hökm oxundu