Türkiyənin Qaziantep şəhərinin Azərbaycanın paytaxtı Bakı ilə qardaşlaşması nəzərdə tutulur.
BUTA.TV xəbər verir ki, bunu Qaziantep vilayətinin Böyük Şəhər Bələdiyyəsinin sədri Fatma Şahin Report-a açıqlamasında deyib.
Azərbaycanla Türkiyənin 20-dən çox şəhərin qardaş elan edildiyini xatırladan F.Şahin deyib ki, Qaziantepin də bu sırada yer alması üçün danışıqlar aparılır. Bələdiyyə sədri hətta keçən il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 29-cu konfransında (COP-29) iştirak üçün Bakıya səfəri zamanı bu məsələ ilə bağlı müzakirə aparıldığını da vurğulayıb:
"Bakıda Azərbaycan mətbəxi ilə tanış olduq. Ətirli çaylarınız, zəngin mətbəxiniz var. Gözəl sənətkarlıq nümunələri gördük. Çox güman ki, bizim qardaşlığımız Bakı ilə baş tutacaq.
Qaziantep Bələdiyyəsinin beynəlxalq arenada nümunə olacaq, mükafatlara layiq görülmüş fəaliyyətləri mövcuddur. Bu təcrübəmizə də əsaslanıb, Azərbaycan mədəniyyətinin, ənənələrinin, mətbəxinin tanıdılması üçün birgə fəaliyyətlər icra etməyi düşünürük".
- Tamerlan Qarayev Bakıdadır - Foto
- Yaşar Əməşova yeni vəzifə verildi - Foto
- Sabiq nazirin nəvəsi faciəvi şəkildə öldü
- Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı...
- Bakıda baş verən moped və motosiklet qəzaları - Anbaan video
- Bu məktəb və liseydə nümunəvi mülki müdafiə məşqi keçirildi
- Sabah 22 dərəcə isti olacaq
- Xəstənin ölümündə təqsirləndirilən ginekoloqa hökm oxundu