Bu ilin ilk altı ayında Azərbaycana yönələn birbaşa xarici investisiyaların həcmi 3,2 milyard ABŞ dolları təşkil edib.
BUTA.TV xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov məlumat verib.
Onun sözlərinə görə, Azərbaycana ən çox investisiya yatıran ölkələrin ilk beşliyinə Böyük Britaniya (806 mln dollar), Türkiyə (629 mln dollar), Kipr (353 mln dollar), İsveçrə (226 mln dollar) və İran (176 mln dollar) daxildir.
Nəsirov bildirib ki, hesabat dövründə Azərbaycan da xaricə 1,349 milyard dollar həcmində birbaşa investisiya yatırıb. Bu baxımdan İsrail (542 mln dollar), Türkiyə (177 mln dollar), Birləşmiş Ərəb Əmirlikləri (156 mln dollar), Gürcüstan (77,6 mln dollar) və ABŞ (77,1 mln dollar) ilk beşlikdə yer alıb.
- Bakıda baş verən moped və motosiklet qəzaları - Anbaan video
- Bu məktəb və liseydə nümunəvi mülki müdafiə məşqi keçirildi
- Sabah 22 dərəcə isti olacaq
- Xəstənin ölümündə təqsirləndirilən ginekoloqa hökm oxundu
- Saxta sənədlə 20 ildir Almaniyaya sığınan Aidə ifşa oldu
- Könül Vəlibəylinin qızının vəziyyəti ağırlaşdı
- İranın həbs etdiyi cütlük artıq Fransadadır!
- Tələbə qəbulu "mygov"a inteqrasiya ediləcək