İran və Azərbaycan arasında iqtisadi əməkdaşlıq sahəsində yeni strateji addımlar atılır.
BUTA.TV xəbər verir ki, bu barədə İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının sədr müavini Hüseyn Pirmüəzzən İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ilə görüşündə deyib.
Onun sözlərinə görə, iki ölkə arasında Biləsuvar Azad Ticarət və Sənaye Bölgəsində logistika limanı və birgə sənaye şəhərciyinin yaradılması nəzərdə tutulur və bu layihələr İran və Azərbaycan prezidentlərinin razılığı və Birgə İqtisadi Komissiyanın təsdiqi ilə həyata keçiriləcək. Hazırda razılaşmaların icrası ilə bağlı texniki proseslər davam etdirilir.
“Kommersiya yük maşınlarının sərhəddə gözləmə müddəti bir həftədən 48 saata endirilib. Gömrük əməliyyatlarının 24 saatlıq rejimə keçməsi halında, daşımaların həcmi daha da artacaq”, - Pirmüəzzən qeyd edib.
Sonda Pirmüəzzən gələn həftə Tehranda İran-Azərbaycan Müştərək İqtisadi Komissiyasının iclasının keçiriləcəyi və bu görüşdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin də iştirakının gözlənildiyini vurğulayıb.
- Bu məktəb və liseydə nümunəvi mülki müdafiə məşqi keçirildi
- Sabah 22 dərəcə isti olacaq
- Xəstənin ölümündə təqsirləndirilən ginekoloqa hökm oxundu
- Saxta sənədlə 20 ildir Almaniyaya sığınan Aidə ifşa oldu
- Könül Vəlibəylinin qızının vəziyyəti ağırlaşdı
- İranın həbs etdiyi cütlük artıq Fransadadır!
- Tələbə qəbulu "mygov"a inteqrasiya ediləcək
- Ağac maşının üzərinə aşdı: gəlin və qayınana xəsarət aldı - Foto