Dərnəgül tikinti bazarında fəaliyyət göstərən sahibkarları qəbul etmək üçün “Abşeron” Ticarət Mərkəzində bütün müvafiq şərait yaradılıb.
“Qafqazinfo”nun məlumatına görə, ticarət mərkəzində hazırda tam aktiv olan və yüksək alıcı axınına malik taxta-metal bazarının sahəsi genişləndirilərək 200 hektara çatdırılacaq.
Kompleks ərazisindəki emalatxanalar, taxta və metal materialların satışı üçün ayrılmış yerlər sahibkarlara bizneslərini rahatlıqla “Abşeron” Ticarət Mərkəzinə köçürmək imkanı verəcək.
Regionlara, Bakı şəhərinin mərkəzinə və ətraf ərazilərinə rahat və maneəsiz çıxış imkanları “Abşeron” Ticarət Mərkəzinin üstünlüklərindən biridir. Ticarət Mərkəzində həmçinin müştərilərin pulsuz və rahat parkinq etmələri üçün geniş ərazilər fəaliyyət göstərməkdədir.
“Abşeron” Ticarət Mərkəzi Dərnəgül ərazisindən köçəcək sahibkarlara təhlükəsiz, sığortalanmış biznes fəaliyyəti təmin edir. Ərazidə yerləşən bütün mağaza və anbarlar “Abşeron” Ticarət Mərkəzi tərəfindən tam şəkildə sığortalanır. 7/24 təhlükəsizlik nəzarəti ilə təmin olunan ərazidə yanğından mühafizə ilə bağlı bütün qabaqlayıcı tədbirlər görülüb.
Qeyd edək ki, Lökbatan qəsəbəsində yerləşən “Abşeron” Ticarət Mərkəzi 2022-ci ildən fəaliyyətə başlayıb. Qısa müddət ərzində alıcı və sahibkarların rəğbətini qazanan ticarət mərkəzi bu gün Azərbaycanda tikinti materiallarının satışı üzrə ixtisaslaşan ən böyük ticarət obyektidir.
- Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı...
- Bakıda baş verən moped və motosiklet qəzaları - Anbaan video
- Bu məktəb və liseydə nümunəvi mülki müdafiə məşqi keçirildi
- Sabah 22 dərəcə isti olacaq
- Xəstənin ölümündə təqsirləndirilən ginekoloqa hökm oxundu
- Saxta sənədlə 20 ildir Almaniyaya sığınan Aidə ifşa oldu
- Könül Vəlibəylinin qızının vəziyyəti ağırlaşdı
- İranın həbs etdiyi cütlük artıq Fransadadır!