Türkiyə rəsmilərindən mütəmadi olaraq Azərbaycan barədə məsləhət alıram.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib.
O qeyd edib ki, ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak vasitəsilə Azərbaycan, Ermənistan və Ukrayna mövzuları ətrafında Türkiyənin xarici işlər naziri Hakan Fidan və Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalının fikirlərini öyrənir.
“Məsələn, mən Toma zəng vurub soruşuram ki, İbrahimin bu mövzu haqqında fikri nədir? Bunun kimi çoxlu misal çəkə bilərəm. Bu cür təmaslar saxlamaq mənə Tramp administrasiyası tərəfindən tövsiyə olunur”, - Uitkoff bildirib.
- Ağac maşının üzərinə aşdı: gəlin və qayınana xəsarət aldı - Foto
- Gömrükdə malların buraxılışı məsələsi ilə bağlı yenilik
- Onların maaşlarında artımlar olacaq - Tapşırıq verildi
- Hansı rayonlarda ailələr daha çox dağılır? - Statistika
- Nəsimidə 72 kq narkotik dövriyyədən çıxarıldı - Video
- Xəzərdə yenə zəlzələ oldu
- Taksilərlə bağlı yeni tələblər müəyyənləşəcək
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu