Biz ABŞ Prezidenti Donald J. Tramp tərəfindən təklif olunmuş Qəzza münaqişəsinə son qoymaq üçün Hərtərəfli Planının elanını alqışlayırıq.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, davamlı və ədalətli sülh səmimi öhdəlik, qarşılıqlı etimad və beynəlxalq hüquqa hörmət tələb edir:
“Məhbusların və girovların mübadiləsi, əhalinin humanitar ehtiyaclarının qarşılanması uzunmüddətli sabitləşmə və siyasi həll yolunda etimadın qurulması və gərginliyin azaldılması üçün həyati əhəmiyyət kəsb edir.
Yalnız dialoq və xoş niyyət vasitəsilə, mərkəzində iki dövlətli həllin olduğu uzunmüddətli razılaşmaya nail olmaq mümkündür”.
- Gömrükdə malların buraxılışı məsələsi ilə bağlı yenilik
- Onların maaşlarında artımlar olacaq - Tapşırıq verildi
- Hansı rayonlarda ailələr daha çox dağılır? - Statistika
- Nəsimidə 72 kq narkotik dövriyyədən çıxarıldı - Video
- Xəzərdə yenə zəlzələ oldu
- Taksilərlə bağlı yeni tələblər müəyyənləşəcək
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq