Azərbaycan “Zəngəzur dəhlizi” deyir? Qoy desin, söhbət Ermənistan ərazisindən getmir.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Min dəfə üzr istəyirəm, bəlkə də Albert Eynşteynin adını qoymağa qərar veriblər, qoy versinlər, bunun bizim suveren ərazimizlə heç bir əlaqəsi yoxdur, imzalı kağızım var”, - Paşinyan qeyd edib.
O iddia edib ki, “Zəngəzur dəhlizi” termini Ermənistanla bağlı deyil:
“Horadiz-Zəngilan yolu daha uzundur, “Zəngəzur dəhlizi” deyirlər, desinlər, problemimiz yoxdur. Razılaşdırılmış ad TRIPP marşrutudur”.
Qeyd edək ki, Ermənistanın Sünik vilayətindən keçəcək yol beynəlxalq lüğətdə də daha çox Zəngəzur dəhlizi kimi təqdim olunur.
- Gömrükdə malların buraxılışı məsələsi ilə bağlı yenilik
- Onların maaşlarında artımlar olacaq - Tapşırıq verildi
- Hansı rayonlarda ailələr daha çox dağılır? - Statistika
- Nəsimidə 72 kq narkotik dövriyyədən çıxarıldı - Video
- Xəzərdə yenə zəlzələ oldu
- Taksilərlə bağlı yeni tələblər müəyyənləşəcək
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq