Kreml Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin görüşü ərəfəsində nikbindir – prezidentlər münasibətlərdə yığılmış bütün problemləri müzakirə edə biləcəklər.
BUTA.TV xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
"Hazırda biz Putinin Tacikistana dövlət səfərini müzakirə edirik. Bizim çox geniş gündəliyimiz var. Təbii ki, Rusiya-Azərbaycan münasibətləri məsələsidir. Biz iki prezidentin bu gün görüşəcəyi ilə bağlı razılığa gəldik. Bundan sonra nə baş verəcəyini görəcəyik. Buna nikbin baxırıq. Ümid edirik ki, prezidentlər ikitərəfli münasibətlərimizin hazırkı vəziyyətini müzakirə edəcəklər və qalan məsələləri həll edəcəklər", - Peskov bildirib.
O, oktyabrın 7-də Vladimir Putinlə İlham Əliyev arasında telefon danışığının yaxşı, müsbət, konstruktiv olduğunu və həmin söhbət zamanı qarşıdakı görüşlə bağlı razılığın əldə olunduğunu qeyd edib.
- Xəzərdə yenə zəlzələ oldu
- Taksilərlə bağlı yeni tələblər müəyyənləşəcək
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək