Vaşinqtonda imzalanmış bəyannamədə Ermənistan və Azərbaycan liderləri regionda və qonşuluğumuzda sülh, sabitlik və rifahı təşviq etmək üçün hər bir dövlətin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət əsasında daxili, ikitərəfli və beynəlxalq daşımalar üçün ölkələrimiz arasında nəqliyyat xətlərinin açılmasının vacibliyini bir daha təsdiq etdik.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan MDB-nin Düşənbədə keçirilən sammitində çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, bura Azərbaycanla onun Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçməklə maneəsiz nəqliyyat əlaqələri daxildir.
“Ermənistan ABŞ və qarşılıqlı razılaşdırılmış üçüncü tərəflərlə birlikdə “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” və ya TRIPP nəqliyyat layihəsinin Ermənistan ərazisində tətbiqi çərçivəsini işləyib hazırlayacaq.
TRIPP layihəsi Ermənistana dəmir yolu və digər nəqliyyat əlaqələri vasitəsilə MDB-yə üzv olan Azərbaycan və digər MDB ölkələri ilə əlaqə yaratmaq imkanı verir. Bu, əhəmiyyətli dəyişiklikdir və şübhəsiz ki, MDB daxilində iqtisadi əlaqələrin möhkəmlənməsinə və təşkilatın səmərəliliyinin artırılmasına xidmət edəcək”.
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır