Təsdiqlənmiş sülh Ermənistan-Azərbaycan gündəliyindəki bütün məsələlərin həll olunduğu demək deyil.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan MDB-nin Düşənbədə keçirilən sammitində deyib.
“Hələ qarşılıqlı ticari, iqtisadi, siyasi və mədəni əlaqələri möhkəmləndirməli, humanitar məsələləri həll etməliyik. Bu isə uzunmüddətli düşmənçilik tarixini nəzərə alsaq, asan iş deyil. Amma təsdiqlənmiş sülh bizə əminlik verir ki, bu məsələlər mərhələli şəkildə həll olunacaq.
Sülhün təsdiqlənməsi münasibətilə mən təbrik edirəm yalnız Ermənistanı və Azərbaycanı deyil, həm də bütün MDB üzv dövlətlərini, çünki bilirəm ki, siz hamınız bunu çox istəyirdiniz və bu baş verdi. Sülh indi reallıqdır. Bu münasibətlə hamımızı təbrik edirəm və bu müddət ərzində göstərilən dəstəyə görə MDB həmkarlarıma təşəkkürümü bildirirəm”, - baş nazir vurğulayıb.
- Xəzərdə yenə zəlzələ oldu
- Taksilərlə bağlı yeni tələblər müəyyənləşəcək
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək