Ötən gün Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutb. İki ölkə arasında böyük silah razılaşması müzakirə olunur, daha doğrusu hazırlanır.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov qeyd edib.
“Ukrayna ABŞ-a öz müasir dron texnologiyalarını (bəli, Ukraynanın hərbi sənaye kompleksi artıq bu səviyyəyə çatıb ki, ABŞ-ın o texnologiyalara ehtiyacı var), ABŞ isə Ukraynaya müasir silahlarını verəcək.
Ehtimal olunur ki, Tramp Ukraynaya bu günə qədər verilməyən ən müasir silahları vermək istəyir. Silahların adı açıqlanmır. Amma ehtimal edirəm ki, söhbət HİMARS M142-lər üçün ən müasir PrSM ballistik raketlərindən gedir. USQ-nin Flaminqolarla zərbələrə tam hazır olmasına qədər onlara PrSM ballistik raketləri çox faydalı ola bilər.
Rusiyada neft emalı zavodlarını "sürprizlər" gözləyir”, - Cəfərov bildirib.
- Xəzərdə yenə zəlzələ oldu
- Taksilərlə bağlı yeni tələblər müəyyənləşəcək
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək