Prezident İlham Əliyev və Putinin görüşü ilə bağlı Azərbaycan mediası çox möhtəşəm bir şəkil paylaşıb. İlham Əliyev oturub: gözəl və ləyaqətli duruşla.
BUTA.TV xəbər verir ki, bunu məşhur ukraynalı jurnalist Dmitri Qordon deyib.
“Əliyev klassik şəkildə qalib gəldi. Əlbəttə, vurğulamaq lazımdır ki, bu qələbədir. Amma mən yalnız görüşü yox, Əliyevlə Putinin, Moskva ilə Bakının qarşılıqlı münasibətini də Əliyevin qələbəsi kimi qiymətləndirirəm. Bir az əvvəl qeyd etdiyim şəkilə baxsanız, görərsiniz azad, ləyaqətli insan necə oturur. Bu, o qədər möhtəşəm, parlaq şəkildir ki, şərh vermək istəmirsən. Şərh bu şəkli korlaya bilər. Əliyev klassik şəkildə Putini bugünkü vəziyyətə gətirib çıxartdı. Əliyevə halal olsun. Sadəcə halal olsun. Onun qarşısında şlyapamı çıxarıram. Putin iki dəfə üzr istədi. Bir də görün Əliyev özünü necə aparır. Əliyev kral kimi oturur, bəllidir. Baxın, kral oturub”, - o bildirib.
- Xəzərdə yenə zəlzələ oldu
- Taksilərlə bağlı yeni tələblər müəyyənləşəcək
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək