Ermənistanın ilk prezident Levon Ter-Petrosyanın 1992-ci il iyulun 29-da “Hayk” qəzetində dərc olunmuş müsahibəsi yenidən gündəmə gəlib.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, material yerli KİV tərəfindən yayımlanıb.
Ter-Petrosyan müsahibədə bir cümlə ilə Azərbaycanın Şuşa şəhərinin Ermənistan tərəfindən işğal edilməsinə də toxunub.
Jurnalistin “Son zamanlar ən diqqətçəkən uğurunuz və ən böyük səhviniz” sualına o zamankı Ermənistan prezidenti belə cavab verib:
“Ən diqqətçəkən uğuru Ermənistanın daxili sabitliyi hesab edirəm ki, bu da hazırda qonşu respublikalarımızdan yeganə üstünlüyümüzdür. Ən böyük səhv isə Şuşanın alınmasının (işğalının – red.) Tehran görüşü ilə üst-üstə düşməsi oldu”.
Ter-Petrosyan bu fikrinin izahını verməyib.
Xatırladaq ki, Şuşanın işğalından bir gün əvvəl Tehranda Azərbaycan, Ermənistan və İran nümayəndə heyətləri arasında görüş keçirilmişdi. Görüşdə Azərbaycanı ölkəmizin o zamankı müvəqqəti prezidenti Yaqub Məmmədov, Ermənistanı Levon Ter-Petrosyan, İranı dönəmin prezidenti Əli Əkbər Haşimi Rəfsəncani təmsil eləmişdi. Təşəbbüskar Tehranın iddiasına görə, görüşün əsas məqsədi “Qarabağda gedən döyüşləri dayandırmaq və sülh danışıqları yolu ilə münaqişənin həllinə nail olmaq” idi. Amma tərəflər arasında Tehran bəyanatı imzalandıqdan bir gün sonra - 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri Şuşa şəhərini işğal etmişdilər. Bu isə sonrakı dönəmdə Şuşanın işğalında, ümumiyyətlə, Ermənistanın Azərbaycan ərazisində həyata keçirdiyi təcavüzkar fəaliyyətlərində İranın roluna dair şübhələr oyatmışdı.
- Xəzərdə yenə zəlzələ oldu
- Taksilərlə bağlı yeni tələblər müəyyənləşəcək
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək