Bu gün Ermənistanda Rusiya ilə bağlı iki fikir hakimdir.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni jurnalist Tatul Akopyan qeyd edib.
“Birincisi, Rusiya artıq Cənubi Qafqazdan əlini çəkib və bir daha qayıtmayacaq, ya da qayıtmağa qadir deyil.
İkincisi, 2020-ci il, 9 noyabra dönmək üçün hər şeyi etməliyik. Daha doğrusu, “Zəngəzur dəhlizini ABŞ Prezidenti Donald Trampdan alıb Moskvaya verməliyik”. Amma regionumuzda Rusiyanın aktivliyinin azalması ilə bağlı xəbərlər şişirdilib və reallığa uyğun deyil.
Cənubi Qafqazda (Abxaziya, Cənubi Osetiya və Ermənistan) hələ də rus qoşunları mövcuddur. 100 il əvvəl də Çar Rusiyasının regiondan çəkilməsi istiqamətində eyni düşüncə var idi. Bir neçə ay sonra onlar “bolşevik” adı ilə döndü və Cənubi Qafqazı “uddu”, – T.Akopyan vurğulayıb.
Jurnalist bildirib ki, hazırda bəzi gizli rusiyayönlü qüvvələr Vaşinqtonun ilkin razılaşmalarını pozmaq üçün çalışırlar:
“Onlar Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Baş naziri Nikol Paşinyanın imzaladığı bəyanatı “təslim aktı” adlandırırdılar.
Ən azı iki şeyi xatırlamaq lazımdır:
Birincisi, Tramp–Əliyev–Paşinyan razılaşmaları iflasa uğrayarsa, bu daha pis nəticələnəcək;
İkincisi, Vaşinqton razılaşmalarının yarımçıq qalması (Zəngəzurda) yeni müharibənin qapısını açacaq”, - o qeyd edib.
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı