Ramiz Mehdiyevə hansı maddələrlə ittiham elan olunduğunu bilsək də, istintaq orqanı tərəfindən onun kimlərlə və hansı dövlətlə, yaxud dövlətlərlə, kimlərin vasitəsilə cinayət əlaqəsi yaratması barədə məlumatlar verilməyib. Adnan Əhmədzadə işində olduğu kimi, hamı ehtimallar üzərində danışır. Onu da bilmirik ki, bu iki cinayət işi arasında əlaqə varmı. Bir onu deyə bilərəm ki, kifayət qədər əsaslar olmasa, dövlətdə uzun illər çox yüksək vəzifə tutmuş, dövlətin ali ordeni ilə təltif olunmuş bir şəxs barəsində cinayət işi başlanılmaz və məhkəmə ev dustaqlığı barədə qərar qəbul etməzdi.
BUTA.TV xəbər verir ki, bu sözləri millət vəkili, ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev Teleqraf-a müsahibəsində deyib.
“Ahıl yaşında olmasaydı, yəqin ki, həbs qətimkan tədbiri seçilərdi. İstintaq təcrübəsi göstərir ki, ibtidai araşdırmalar zamanı hansısa maddələr götürülə bilər, yaxud əlavə ittihamlar irəli sürülə bilər. İbtidai istintaqın sonunu və məhkəmə qərarlarını gözləməliyik”, - o bildirib.
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır