Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin bir qrup zabit və miçman heyəti Türkiyə Respublikasının İzmir şəhərində yerləşən Foça limanının Saruca Paşa Təlim Komandanlığında təşkil olunan "Yanğınla mübarizə" ixtisasartırma kursunda iştirak edib.
Bu barədə BUTA.TV-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Yanğın təhlükəsizliyi sahəsində nəzəri biliklərini və praktiki vərdişlərini artıran hərbi qulluqçularımız yanğınların yaranma səbəbləri, yayılma mexanizmləri, profilaktiv tədbirlər və effektiv söndürülmə strategiyaları üzrə müasir yanaşmaları mənimsəyib, müxtəlif növ yanğınların idarə olunması və söndürülməsi proseslərini yerinə yetiriblər.
Real şəraitdə tətbiq olunan operativ müdaxilə metodları, təhlükəsizlik protokolları və texniki vasitələrin istifadəsi üzrə bacarıqlarını təkmilləşdirən hərbi qulluqçularımız qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəliblər.
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı