Dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Meydiyevin qurduğu şəbəkədə sabiq deputat Elton Məmmədovun da adı çəkilir.
İddialara görə, Ramiz Mehdiyev AMEA-ya gələndə ətrafına yığdığı sadiq dostları arasında başda Ziya Məmmədovun qardaşı Elton Məmmədov dayanıb.
Onun vaxtilə AMEA-nın “Yüksək Texnologiyalar Parkı”nın direktoru olaraq Ramiz Mehdiyev üçün rüşvət sxeminin qurduğu iddia olunur.
BUTA.TV xəbər verir ki, Elton Məmmədov Teleqraf-a açıqlamasında iddialara bu cür münasibət bildirib:
“İddiaları araşdıran müvafiq icra orqanı var. Məni istintaqa cəlb etməyiblər. Müvafiq təşkilat Ramiz Mehdiyevlə bağlı araşdırma aparır. Ona görə də gözləməliyik ki, ədalətli araşdırma getsin, cinayətkar kimdirsə, cəzasını alacaq. Mən narahat deyiləm, mənə görə narahat olmayın”.
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı