Prezidentin nümayəndəsi Emi Karlonla görüşdü

Prezidentin nümayəndəsi Emi Karlonla görüşdü

Tarix: Siyasət

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə edib.

BUTA.TV xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəliyi X sosial media hesabında bu barədə paylaşım edib.

"Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon və səfirliyin bir neçə əməkdaşının iştirakı ilə görüş keçirilib. Görüşdə işğaldan azad edilmiş ərazilərə səfər və gələcək əməkdaşlıq imkanları müzakirə olunub", - paylaşımda qeyd olunub.