Xəbər verdiyimiz kimi, general-mayor İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib.
BUTA.TV "Unikal"a istinadən xəbər verir ki, İlqar Abbasovun işdən çıxarılmasına səbəb onun işçiləri ilə çox kobud rəftar etməsi olub. Belə ki, o, SOMDA-nın əməkdaşları ilə danışarkən bəzən qeyri-etik ifadələr də işlədirmiş.
İlqar Abbasov öz müavini, millət vəkili Səttar Möhbalıyevin oğlu İsfəndiyar Möhbalıyevlə də problem yaşayıb. Bir müddət əvvəl isə onların arasındakı münaqişə sakitləşib.
Xatırladaq ki, İ.Abbasovun birinci müavini general-mayor İsmayıl Hüseynovla da arasında münaqişə yaşanıb. İsmayıl Hüseynov cəmi 9 gün əvvəl - oktyabrın 15-də vəzifəsindən azad edilib.
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı