Azərbaycanın Ermənistana tranzit qadağasını ləğv etməsindən sonra Paşinyan iki dəfə bu haqda danışıb. Bildirib ki, “Türkiyə və Azərbaycan arasında yük daşımalarının Ermənistan üzərindən həyata keçirilməsinə hazırıq”. Erməni baş nazir hətta bunun üçün marşrut xəttini də təklif edib: Marqara-Yeqnadzor-Sisian-Gorus yolu;
Bu, Azərbaycanın jestinə adekvat reaksiya kimi görünsə də, Bakının tranzit qadağasını ləğv etmək qərarı ilə Paşinyanın təklifi arasında fərq var.
Azərbaycan qadağanı ləğv edib, lakin yüklərin sərhəddən keçidi hələ gündəmdə deyil: Qazaxıstandan (fərqli ölkə də ola bilər) Ermənistana aparılan yüklər Azərbaycana daxil olur, Gürcüstan üzərindən İrəvana aparılır. Rəsmi Bakı bununla kommunikasiya bərpası razılaşmalarını praktiki müstəviyə köçürür, hərçənd, Zəngəzur dəhlizi açılmadan birbaşa tranziti tətbiq etmir. Bu gediş Ermənistanı dəhlizi maksimum tez açmağa sövq etməyə də hesablanıb.
Ermənistanın Türkiyə və Azərbaycan arasında tranzit olmaqda israrlı mövqeyinin isə öz hədəfləri var:
- Gorusdan sərhəd keçidini açmaqla Ermənistana daşınan yüklərin də birbaşa tranzitinə nail olmaq, eyni zamanda, Marqara keçid məntəqəsini işlək vəziyyətə salaraq, Türkiyə ilə sərhədin açılması presedentini yaratmaq;
- Ankaranın sərhədin açılması üçün irəli sürdüyü “Bakı ilə razılaşmaq” şərtinin aktuallığını arxa plana keçirmək;
- Kommunikasiyanın bərpasına Zəngəzur dəhlizi açılmadan başlamaq;
Bu baxımdan, Nikol Paşinyanın Ermənistanın Türkiyə-Azərbaycan yüklərinə tranzit olmaqla bağlı israrlı açıqlamalarında məqsəd heç də “jestə qarşı jest etmək” deyil. Rəsmi Bakının məsələyə reaksiya verməməsi İrəvanın niyyətindən xəbərdar olması kimi qəbul oluna bilər. Mümkündür ki, Azərbaycan perspektivdə Ermənistan tranzitindən “pilot layihə” kimi bir, ya bir neçə dəfə istifadə etsin, lakin Zəngəzur dəhlizi açılmadan regional kommunikasiyanın bərpası reallaşmayacaq. Bakı üçün regional kommunikasiyanın paket şəkilində açılması məqbuldur.
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı