Biz başa düşməliyik ki, Ermənistan cəmiyyəti xəstədir. Yəni reallıqdan çox uzaqdırlar. Onlar elə təqdim edirlər ki, guya ərazi itiriblər. Amma anlamırlar ki, onlar heç bir ərazi itirməyiblər. Anlamırlar ki, Azərbaycan sadəcə özünün hüquqi torpaqlarında suverenli və bütövlüyünü bərpa edib. Ermənistan bizə öz xoşu ilə heç nə qaytarmayıb. Ermənistanın işğal olunmuş ərazisi var? Yoxdur.
BUTA.TV xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycanın Ermənistana gedən bəzi məhsullara transit verməsi haqda Bakivaxti.az-a geniş müsahibəsində deyib.
“İndi Ermənistanda çətin proses gedir: reallığa qayıtmalıdırlar. Ermənilər də psixoloji baxımından reallığı qəbul etmək istəmirlər. 2 milyonluq bir ölkə Türkiyə və Azərbaycana nəsə diktə edə bilər? Xeyr. Bu, mümkün deyil və bundan sonra da mümkün olmayacaq. İndi bu reallığı başa düşmək üçün Ermənistanın Baş naziri Nikol Paşinyan müəyyən addımlar atır. Əlbəttə, Paşinyan da səmimi deyil. Bu Xankəndidə “Arsax” Ermənistandır və nöqtə” deyən Paşinyandır. Ona təzyiq edilməsəydi, o, elə həmin mövqedə qalacaqdı, amma Azərbaycan dövləti və ordusunun şücaəti nəticəsində tarixi reallıq bərpa olundu. İndi Paşinyan anlayır ki, daha çox şeyləri itirməmək üçün reallığa qayıtmalıdır. Amma Ermənistan cəmiyyəti buna hazır deyil. İndi Azərbaycan elə şərait yaradır ki, Ermənistan cımiyyətindəki sağlam qüvvələr revanşist qüvvələrə qalib gəslinlər. Nəticədə yeni konstitusiya qəbul edilsin, normal şərtlər təsbit olunsun ki, qonşularla sülh şəraitində yaşasınlar. Bu, onlar üçün çətin prosesdir. Guya Paşinyan getsə, yerinə revanşist gəlsə, nə edəcək ki?! Paşinyan Ermənistanın nəyə qadir olduğunu nümayiş etdirdi. Biz belə bir ssenari - Paşinyan getsin, yeni bir revanşist gəlsin və o da boş-boş danışsın, gərginlik artsın - istəmirik. Bu mənada Azərbaycan rəhbərliyi bu addımları ataraq, onlara “Ağıllı olun, normaya dönün” mesajını ötürür. İndiki mərhədə biz Ermənistan cəmiyyətinə onlara aid reallıqları göstərməliyik. Hesab edirəm ki, bu, bizim xeyrimizədr. Düşməni ya öldürməlisən, ya da başa salmalısan. İstər-istəməz müharibə itkidir. Müharibə olmadan Ermənistan cəmiyyətinə reallıqları anlamağa kömək etməyə çalışırıq”, - o bildirib.
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı