“Trampın yolu” layihəsi siyasi əhəmiyyətə malikdir və sülhün qarantı və alətlərindən biridir. Hazırda Amerika tərəfi ilə danışıqlar aparılır. Məncə, onu tikəcək və gündəlik idarəetməni həyata keçirəcək bir erməni-amerikan şirkəti olmalıdır. Bu, infrastruktur üzərində Amerikanın nəzarəti demək deyil. Suverenlik və hakimiyyətlə bağlı bütün məsələlər həll edilib və imzalanmış və dərc olunmuş sənədlərdə öz əksini tapıb. Bu, yalnız idarəetmə məsələsidir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan deyib.
O qeyd edib ki, rəsmi olaraq Moskva və Tehran heç bir narahatlıq bildirməyib:
“Əksinə, İran və Rusiya layihədə maraqlıdır, xüsusən də Rusiya Ermənistandakı başqa bir şirkətin - Cənubi Qafqaz Dəmir Yolunun operatoru olduğundan”.
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı