Rəsmi Bakı ikitərəfli əlaqələrin inkişafı üçün Suriyanın Azərbaycanda səfirlik açmasını gözləyir.
BUTA.TV xəbər verir ki, bunu Report-a müsahibəsində Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
O xatırladıb ki, 2025-ci il avqustun 2-də Azərbaycan, Türkiyə, Suriya və Qətər arasında dördtərəfli razılaşma çərçivəsində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlini təmin edəcək Türkiyə-Suriya təbii qaz boru kəmərinin rəsmi açılış mərasimi keçirilib:
"Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyə ərazisindən Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılır və elektrik enerjisi istehsalında istifadə olunur. Bu proses nəticəsində 1200-1300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur".
A.Hacızadə ümumilikdə hesab edir ki, Azərbaycanla Suriya arasında əməkdaşlıq üçün geniş perspektiv mövcuddur:
"Ümidvarıq ki, ikitərəfli əlaqələrin daha da inkişafı üçün Suriyanın da ölkəmizdə səfirliyi təsis olunacaq".
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı