Tiflisdə supermarketdə çalışan iki azərbaycanlı gəncə qarşı qrup halında zorakılığın təşkilində və ona rəhbərlik etməkdə ittiham olunan Manana Giorqobiani ilə bağlı etnik zəmində mümkün cinayət törətmək faktı üzrə də istintaq aparılır.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, bu barədə prokuror Giorgi Dolakidze bildirib.
Onun sözlərinə görə, faktla bağlı sübutlar toplanır və müvafiq hüquqi qiymətləndirmə veriləcək.
“Giorqobianiyə qarşı irəli sürülmüş ittihamların ağırlaşdırılacağı istisna edilmir”, - prokuror əlavə edib.
Dolakidze deyib ki, Giorqobiani istintaqla əməkdaşlıqdan imtina edib, ifadələr verməyib və ona psixiatrik ekspertiza təyin olunub.
Qeyd edək ki, Tiflis Şəhər Məhkəməsi bu gün Giorqobiani barəsində həbs qətimkan tədbiri seçib. Hadisə ilə bağlı videogörüntülərdən məlum olur ki, o, mağazanın əməkdaşları olan azərbaycanlılara qarşı etnik zəmində müəyyən təhqiramiz ifadələr işlədib.
Faktla bağlı Giorqobianidən başqa daha 5 nəfər saxlanılıb. Günahları sübuta yetiriləcəyi halda onlar 9 ilədək həbs cəzası ala bilərlər.
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır