ABŞ-ın Nyu-York şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən məlumatlandırma aksiyası davam edir.
BUTA.TV Report-a istinadən xəbər verir ki, aksiya Amerika-Azərbaycan Gənclər Federasiyasının təşəbbüsü və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
"Qarabağ şikəstəsi" və "Bayatı-Şiraz" təsnifinin sədaları altında hərəkət edən avtomobilin ekranlarında Azərbaycanın dövlət bayrağı, "Qarabağ sülhün və ümidi məkanıdır", "5 illik qələbən mübarək, Azərbaycan", "Azərbaycanın zəfəri, ədalətin qələbəsi", "Qarabağda davamlı sülh naminə birliyimiz əbədidir", "Zəfər qəhrəmanlarını ehtiramla yad edirik", "Azərbaycan qalib gəldi və Qafqazda sülhü, həmrəyliyi möhkəmləndirdi", "Qarabağ - sülhün və ümidin diyarı", "Azərbaycan - 5 illik cəsarət, 5 illik qürur!" şüarları və xarıbülbül ilə azad olunmuş ərazilərin təsvirləri əks olunub.
Məlumatlandırma aksiyası çərçivəsində üzərində Azərbaycan həqiqətlərini əks etdirən LED ekranlı avtomobil Nyu Yorkun Manhetten adasının mərkəzi küçə və meydanlarından - "Tayms" meydanından, Brodveydən, Uoll Stritdən, Vaşinqton Meydan Parkından, 5-ci Avenyudan, Çambers Strit və Mərkəzi Parkdan keçib, eləcə də strateji əhəmiyyətli binaların, o cümlədən BMT-nin Baş Qərargahının, Dünya Ticarət Mərkəzinin binasının və Bruklin körpüsünün önündə dayanıb.
Onu da bildirək ki, məlumatlandırma aksiyası səhər saatlarına qədər davam edəcək.
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı