8 Noyabr - Bakının Azadlıq meydanında keçirilən Qələbənin 5 illiyinə həsr edilən hərbi paradda nümayiş etdirilən bəzi silah və hərbi texnikalar İranda ciddi narahatlığa səbəb olub.
BUTA.TV xəbər verir ki, bu barədə Günaz TV məlumat yayıb.
“İran və dünyanın hərbi xəbərləri” kanalı həmin silahlardan birinə diqqət çəkərək yazıb:
“Azərbaycan ilk dəfə olaraq İsrail istehsalı olan uzaq mənzilli “İce Breaker” raketini Bakıda keçirilən hərbi paradda nümayiş etdirdi. Bu, ölkənin hücum qabiliyyətində əhəmiyyətli bir yüksəlişin əlamətidir. 300 kilometr mənzilli və GPS-dən asılı olmayan idarəetmə sistemi ilə təchiz olunmuş bu raket quru və dəniz hədəflərinə dəqiq şəkildə zərbə endirmək üçün nəzərdə tutulub və onun nümayişi Bakıdan Rusiya və İrana Xəzər dənizindəki çəkindirici gücü barədə açıq bir mesajdır”, - kanal bildirib.
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı