Gültəkin Hacıbəyli ilə axırıncı dəfə dünən gecə saat 1-də danışdım. Onda artıq polis idarəsində idi.
BUTA.TV xəbər verir ki, bu sözləri AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlı deyib.
O qeyd edib ki, noyabrın 30-u səhər saatlarında Gültəkin Hacıbəyli Arnavutköy deportasiya məntəqəsinə göndərilib:
“Hazırda onunla heç bir əlaqə saxlamaq mümkün deyil. Böyük ehtimalla bu gün Gültəkin xanım Azərbaycana göndəriləcək, elə aeroportda da saxlanılaraq Əli Kərimlinin həbsi üçün açılmış cinayət işi ilə bağlı istintaqa cəlb olunacaq”.
F.Qəhrəmanlıq bildirib ki, sözügedən cinayət işində Gültəkin Hacıbəyli ilə yanaşı, Milli Şuranın sədri Cəmil Həsənli və Milli Şura koordinasiya mərkəzinin üzvü Vidadi Mirkamalın da adları keçir.
Xatırladaq ki, noyabrın 29-da Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli İstanbulda saxlanılıb, polisə aparılıb. Onun adı “Ramiz Mehdiyev işi”ndə hallanır.
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır
- Adnan Əhmədzadə ilə bağlı bu iddia yalan çıxdı
- Çalışdığı avtoyumada “Hunday”ı qaçırdı
- Nazir döyüş fəaliyyətini yoxladı, tapşırıqlar verdi - Foto
- Bakıda əməliyyat: saxlanılanlar var - Video
- Bakıdan Ermənistana neft daşınması: Tiflisdən simvolik qiymət...
- FHN-in xidmət zamanı həlak olan əməkdaşı dəfn edildi - Foto
- Küləklə bağlı sarı xəbərdarlıq