“Bizim yalnız bir Putinimiz var”.
“BUTA.TV” “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rusiya” sərgi-forumu çərçivəsində “Bilik” cəmiyyətinin marafonunda çıxışı zamanı deyib. Peskov Putinin “dublyor”ları ilə bağlı müzakirələrə növbəti dəfə münasibət bildirib.
“Yəqin ki, müxtəlif teleqram kanallarını oxuyursunuz. Prezident Putinin neçə “dublyor”u var? İndi ekspertlər onların üç və ya dörd olduğunu təxmin edirlər. Bəs, hər gün gördüyümüz kimdir? Bu səhər Minin və Pozharskinin abidəsinin önünə çiçəklər qoyan üçüncü, yoxsa dördüncü “dublyor”dur? Aydın deyil, elə deyilmi? Bizim isə yalnız bir Putinimiz var”, – Peskov qeyd edib.
Rusiya prezidentinin mətbuat katibi onu da qeyd edib ki, Vladimir Putin son vaxtlar xarici səfərlərə o qədər də tez-tez getmir: “Bəzi səfərlərdən imtina etməliyik, çünki məlum səbəblərə görə Rusiya Federasiyası prezidentinin ölkə daxilində çox işi var”.
Qeyd edək ki, Kreml bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinin oxşarı olması və onun bəzən Rusiya liderini əvəz etməsi barədə yayılan məlumatları təkzib etmişdi.
- Bakıda bu binada “yanğın” oldu - Video
- Aprelin havası: normadan çox yağıntı olacaq
- Hansı qeyri-pedaqoji ixtisas sahibləri müəllim ola bilər?
- Qardaş 46 yaşlı bacısını bıçaqladı
- Səhiyyə Nazirliyində yeni kadr dəyişikliyi...
- DİM-dən buraxılış imtahanında iştirak edənlərə müraciət
- AzTV-nin aparıcısına vəzifə verildi
- Bakıda kişi və arvadı kirayə qaldığı evdə dəm qazından öldü