İsrailin hücumu: Azərbaycan şəhərinə dəyən zərər...

İsrailin hücumu: Azərbaycan şəhərinə dəyən zərər...

Tarix: Siyasət

Bu gün səhər saatlarında İsrailin İranda hərbi hədəflərə hava zərbələrindən sonra onlarla şəhərdə, o cümlədən Təbrizdə yanacaq qıtlığı yaranıb.

BUTA.TV xəbər verir ki, bu barədə Təbrizin “Təbrizon” Teleqram kanalı məlumat və videolar paylaşıb.

Bildirilib ki, yanacaqdoldurma məntəqələrinin fəaliyyəti pozulub, onların qarşısında uzun növbələr yaranıb.

Qeyd edək ki, bu gün səhər saatlarında İsrailin İranda hərbi hədəflərə hücumu çərçivəsində Təbrizdə də 3 hərbi hədəf, o cümlədən 2 kazarma və 1 radar stansiyası vurulub.

Zərbələr nəticəsində 2 hərbçi ölüb, 6-sı yaralanıb.