Zəngəzur dəhlizi Türk dünyasını birləşdirəcək.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Əl-Aləmeyndə Misir xarici işlər naziri Bədr Əbdüləti ilə birgə mətbuat konfransında deyib.
“Birgə baxış və strategiyamızdakı dəhliz reallaşarsa, Zəngəzur dəhlizi Avropadan Asiyanın dərinliklərinə qədər uzanacaq qüsursuz nəqliyyat dəhlizinin əsas hissəsi olacaq. Bu, Türkiyəni Qafqaz və Xəzər dənizi vasitəsilə təkcə Orta Asiya ilə deyil, birbaşa Türk dünyası ilə birləşdirəcək. Türk dünyasını Türkiyə üzərindən Avropaya birləşdirəcək. Türkiyə vasitəsilə Avropanı Asiyanın dərinliklərinə birləşdirəcək. Bu, çoxməqsədli marşrut olacaq. Çox faydalı bir inkişaf olacağına inanıram. İnşallah, tezliklə reallaşacaq”, - nazir vurğulayıb.
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı