Bakıda kafe külə döndü - Video

16:04 - 9 Aprel 2026 - GÜNDƏM

 Bakıda kafe külə döndü - Video

Bakının Xətai rayonunda yanğın hadisəsi baş verib.

BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, hadisə Lütvizadə, 73 və Tennova, 3 ünavnalarının kəsişməsində olan kafedə qeydə alınıb.

Yanğın nəticəsində obyekt tamamilə külə dönüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu xəbər hal-hazırda çox oxunur
Xəzərdə yenə zəlzələ oldu

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

Yanğınsöndürənlər tərəfindən ümumi sahəsi 15 kvadratmetr olan kafe kimi fəaliyyət göstərən tikilidə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yaxınlıqda yerləşən digər tikililər yanğından mühafizə olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol