Bəzi qiymətləndirmələrə görə, Arktikada dünyanın istifadə olunmamış faydalı qazıntı ehtiyatlarının 22%-dək hissəsi mövcuddur. Bunu nəzərə alan Rusiya bu bölgədə hərbi mövcudluğunu genişmiqyaslı şəkildə artırmağa başlayıb. Eyni zamanda Çin də Arktikada öz mövcudluğunu sürətlə genişləndirir.
BUTA.TV xəbər verir ki, bu barədə “Foks Nyus” nəşri yazıb.
Nəşr qeyd edir ki, bu baxımdan ABŞ geri qalır və şimal cinahını təhlükəli vəziyyətdə qoyur.
“Əgər Çin və Rusiya Arktikada, onun dəniz yolları və təbii sərvətlərində üstünlük qazana bilsələr, biz ölkə olaraq xeyli azadlığımızı itirəcəyik”, - nəşr ABŞ dövlət xadimi Henri Kleyin sözlərini sitat gətirib.
Nəşr vurğulayır ki, ABŞ artıq Çin gəmiqayırmasından və strateji əhəmiyyətli minerallar sənayesindən asılı vəziyyətdədir, Arktika uğrunda beynəlxalq mübarizə isə Çinə dünya mineral ehtiyatlarının daha böyük bir hissəsinə nəzarəti ələ keçirmək imkanı açıb.
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək
- Elektrikə qoşulmaq üçün yeni qayda tətbiq ediləcək
- Cəlil Əhmədov departamentə müdir təyin edildi
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video