Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanması və ABŞ-də bu istiqamət üzrə ikitərəfli sazişin imzalanması Ermənistan tarixində yeni səhifə açır, burada köhnə qorxular real imkanlarla əvəzlənir.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının rəsmi nümayəndəsi Kristina Vardanyan deyib.
Siyasətçi bununla Azərbaycan və Ermənistan arasında qarşılıqlı olaraq hərbi təhdidlərin aradan qalxdığını, iqtisadi, ticari və digər əlaqələrə yer açıldığını iddia edib.
Vardanyan Ermənistanda bu razılaşmaya qarşı çıxanlara xitabla bildirib:
“Kağız üzərindəki imzalar yerdə nəhəng bir işə çevrilməlidir ki, bu işdə hamımız iştirak etməyə borcluyuq. Maarifləndirmək, inkişaf etmək vaxtıdır. Boş söhbət və pafos bir daha aramızda yer tutmamalıdır. Bu, yazılan yeni bir tarixdir, mürəkkəbi hamımızın əlindədir və biz ağ vərəqdəki dəst-xətti qarşımıza qoyacağıq. Nəsillərimizin uzunömürlü və firavan yaşaması həmin dəst-xətdən asılı olacaq”.
Həmçinin hakim partiyanın üzvü əlavə edib:
“Bizim xalq olaraq köhnəlmiş, yalançı lüğətdən əl çəkməyin vaxtıdır. “Türklər gəldi”, “bizi satdılar”, “bizə xəyanət etdilər” və bu kimi boş sözlər artıq narahatlığın yox, şəxsi məlumatsızlığın və keçmişdə ilişib qalmağın sübutudur”.
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video
- Bu ərazilərə qar yağır
- Bu yollar iki gecə təmir ediləcək
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı