Ermənistan Baş naziri Nikol Paşinyanın göstərişi ilə Sünik vilayətində (Qərbi Zəngəzur) sülh kampaniyası başlayıb.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr bildirib ki, hər il “İcmalar Günü” münasibətilə Sünikdə tədbirlər təşkil olunsa da, bu il bu günləri böyük təmtəraqla qeyd etmək üçün göstəriş var:
“Avqustun 15-də Qori, 16-da Qafan, 24-də Qacaran günüdür. Süniklilərə bayram şənlikləri təşkil etmək, hakimiyyətə müsbət mesajlar vermək qərara alınıb.
Bir neçə gün əvvəl Teq kəndi ilk icma bayramını qeyd edib, hətta son vaxtlar regional tədbirlərdə, xüsusən də vilayət qubernatoru Robert Qukasyanın qatıldığı tədbirlərdə iştirak etməyən Qafan rəhbəri Gevorq Parsyan da qatılıb. Yerli icmanın meri David Qulunts çıxışında hətta Vaşinqton razılaşmasına da toxunaraq bildirib ki, Donald Trampın himayəsi ilə sülh bəyannaməsi imzalanması sülh haqqında dəyərli sənəddir, sülh olarsa, bölgə sakinləri daha yaxşı yaşayacaqlar”.
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video
- Bu ərazilərə qar yağır
- Bu yollar iki gecə təmir ediləcək
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı