Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı növbəti tələbinə razılıq verib.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr bildirib ki, söhbət Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadən Ermənistan Konstitusiyasından çıxarılmasından gedir:
“Bunu Vaşinqton Sazişinin birinci bəndi sübut edir. Orada bildirilir: “Sülh müqaviləsi paraflandıqdan sonra biz sazişin imzalanması və yekun ratifikasiyası istiqamətində gələcək fəaliyyətlərin davam etdirilməsinin zəruriliyini qəbul etdik və ölkələrimiz arasında sülhün qorunması və möhkəmləndirilməsinin vacibliyini vurğuladıq”.
Bu razılaşmadan sonra Bakı bəyan elədi ki, Paşinyana ev tapşırığı veriblər: o, Konstitusiyanı dəyişməlidir və sülh sazişi bundan sonra imzalanacaq.
Qeyd edək ki, Konstitusiya İslahatı Şurası uzun fasilədən sonra həftələr öncə iclas keçirib. Əldə etdiyimiz məlumata görə, şura tezliklə yeni Konstitusiyanın mətninin hazırlanması üçün aktiv şəkildə iclaslar keçirəcək”.
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video
- Bu ərazilərə qar yağır
- Bu yollar iki gecə təmir ediləcək
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı