Müğənni Aysun İsmayılova Rəqsanə İsmayılovanın həbsi barədə yeni faktlar açıqlayıb.
BUTA.TV xəbər verir ki, ifaçı həbsin polis rəisi ilə mübahisəyə heç bir aidiyyatı olmadığını bildirib. O qeyd edib ki, aralarında bəzi şəxsi anlaşılmazlıqlar olsa da, məsələ öz həllini tapmışdı:
"Son günlər bəzi xəbər portallarında anam Rəqsanə İsmayılovanın guya Xəzər Rayon Polis İdarəsinin rəisi haqqında paylaşdığı videolara görə həbs edildiyi yazılır. Mən bir övlad olaraq bildirirəm ki, bu xəbərlər həqiqəti əks etdirmir və əssasızdır. Doğrudur, aralarında bəzi şəxsi anlaşılmazlıqlar var idi, amma məsələ öz həllini tapmışdı. Bu anamın polis orqanları ilə problem yaşadığı demək deyil".
Aysun İsmayılovanın sözlərinə görə, Rəqsanə İsmayılova onkoloji xəstəlikdən əziyyət çəkir:
"Anamın vəziyyəti məni narahat edir. Mən bir övlad olaraq onu itirmək qorxusu ilə yaşayıram. Çünki anam onkoloji xəstəlikdən əziyyət çəkir. Mənim 4 yaşında qardaşım və 5 yaşında bacım özbaşına qalıblar. Biz hər zaman hüquq mühafizə orqanlarına hörmət etmişik. Xüsusilə də Daxili İşlər Naziri Vilayət Eyvazovun uğurlu fəaliyyətinə ehtiramımız sonsuzdur".
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video
- Bu ərazilərə qar yağır
- Bu yollar iki gecə təmir ediləcək
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı