Dünya hərb tarixində Rusiya ordusu daha bir “ilk”ə imza atdı. Rusiyada 83-cü desant-hücum briqadasının bir qrup əsgər və zabiti yaralanmaları saxtalaşdırıblar. Belə ki, bir-birinə atəş açmaq və qanunsuz olaraq dövlət mükafatları əldə etməklə bağlı böyük bir qalmaqala səbəb olublar.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov qeyd edib.
“Rusiyanın İstintaq Komitəsi müəyyən edib ki, 35 nəfərə yaxın hərbçi, o cümlədən yüksək rütbəli zabitlər - polkovnik Artyom Gorodilov və polkovnik-leytenant Konstantin Frolov özlərini və ya bir-birini qəsdən güllələyib, bunu döyüş yaralanması kimi rəsmiləşdiriblər. Başqa sözlə, əsgər və zabitlər bir-birinin ölümünə səbəb olmayacaq yerlərə atəş açıb və və yaralanıblar.
Məqsəd dövlət kompensasiyaları, əlavə güzəştlər, müalicə üstünlükləri və dövlət ordenləri qazanmaq olub.
Hər bir saxta yaralanma üçün ödəniş təxminən 3 milyon rubl (təxminən 60 min manat) təşkil edib. İştirakçılara “Şücaət ordeni”, “İgidliyə görə” medalı kimi mükafatlar qanunsuz şəkildə təqdim olunub”, - o bildirib.
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı
- Bakıda faciəvi şəkildə ölən zabit olub
- Bakıda kafe külə döndü - Video
- Tahir Gözəl “Azərsun Holdinq”in rəhbəri oldu