Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən zirvə toplantısında belə bir ifadə işlədib: “Rusiya heç bir ölkənin təhlükəsizliyinin başqasının hesabına formalaşmaması gərəkdiyini düşünür”.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Putin bu sözləri Ukraynaya şamil etsə də, cümlədəki məntiq Rusiyaya qonşu olan digər dövlətlərə də aid edilə bilər:
“Putin demək istəyir ki, Ukrayna NATO üzvü olmaq istədiyinə görə Rusiya bu ölkəyə qarşı işğalçı müharibəyə başlayıb. Ona qalsa, Rusiyanın digər qonşusu Finlyandiya Ukrayna müharibəsindən sonra NATO-ya qoşuldu. Əgər bu da Rusiyanın maraqlarına cavab vermirsə, bu o deməkdirmi ki, Finlyandiya da Kremlin hədəfində olacaq? Finlyandiya öz təhlükəsizliyini düşünərək NATO-ya üzv olub və bu zaman Kremlin istəkləri Helsinkini zərrə qədər də maraqlandırmayıb. Və ya Azərbaycan NATO-nun hərbi gücünə görə ikinci böyük dövləti olan Türkiyə ilə strateji müttəfiqliyi gücləndirən Şuşa Bəyannaməsini imzalayıb. Bu zaman Azərbaycan da Filnyandiya kimi öz təhlükəsizlik maraqlarından çıxış edib. İndi Putinin məntiqinə görə Azərbaycan Türkiyə ilə strateji müttəfiqlik bəyanatına imza atarkən Rusiyanın maraqlarını nəzərə almalıydı? Rusiya illər boyu Ermənistanı silahlandırarkən qonşusu olan Azərbaycanın təhlükəsizlik maraqlarını heçə saydı. Halbuki Putinin məntiqinə görə, Rusiya qonşusu olan Azərbaycanın təhlükəsizlik maraqlarına zidd siyasət yürütməməli idi. “Qonşunun təhlükəsizliyi nəzərə alınmalıdır” sözlərini deyən ölkənin lideri qonşusunun mülki təyyarəsinin raketlə vurulmasına görə məsuliyyəti daşımaq istəmir və bununla münasibətlərin gərginləşməsinə yol açır.
Bu, bir daha göstərir ki, Putinin söylədikləri ilə elədikləri arasında böyük fərq var”.
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı
- Bakıda faciəvi şəkildə ölən zabit olub
- Bakıda kafe külə döndü - Video
- Tahir Gözəl “Azərsun Holdinq”in rəhbəri oldu