Bakıda bəzi ərazilər yenidən qurulacaq.
BUTA.TV Xəzər TV-yə istinadla xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupu yaradılıb. İşçi qrupa həmin işlərin həyata keçirilməsi üçün investisiya qoyuluşuna zəruri şərait yaratmaq, investisiya müqavilələrinin şərtlərini razılaşdırmaq və digər zəruri tədbirləri təmin etmək vəzifəsi həvalə olunub.
Yenidənqurma işlərinin həyata keçiriləcəyi ərazidə yaşayan sakinlər layihələndirmə işləri ilə əlaqədar bir neçə dəfə görüş keçirildiyini və yaşayış yerlərinin ölçüsünün götürüldüyünü bildiriblər.
Sakinlər əlavə ediblər ki, quruculuq işləri çərçivəsində park salınması da məqsədəuyğun olar.
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, şəhərsalma investisiya layihələri əsasında Bakı Şəhərinin Baş Planına uyğun olaraq bir sıra ərazilərdə yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı
- Müdafiə naziri bu komandanlığa göstərişlər verdi - Video
- Emin Formula-1-i Bakının mərkəzindən köçürür
- Bakıda yeni marşrut xətti işə düşdü
- Bakıda güclü külək əsir – Faktiki hava
- Şamaxıda zəlzələ oldu
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək