Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu Yorkda Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əbdülqadir Hüseyn Ömərlə görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə C.Bayramov X sosial şəbəkə hesabında paylaşım edib.
"Biz siyasi, iqtisadi, ticarət, humanitar və təhsil sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini, həmçinin çoxtərəfli platformalarda tərəfdaşlığı müzakirə etdik", - nazir paylaşımda bildirib.
O qeyd edib ki, görüşdə 2026-cı ildə Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı sammiti və Azərbaycanın sədrliyinin bu əməkdaşlığı gücləndirmək üçün yeni imkanlar yaratdığı qeyd olunub.
Ceyhun Bayramov bildirib ki, görüş zamanı "Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş" imzalanıb.
- Sabiq nazirin nəvəsi faciəvi şəkildə öldü
- Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı...
- Bakıda baş verən moped və motosiklet qəzaları - Anbaan video
- Bu məktəb və liseydə nümunəvi mülki müdafiə məşqi keçirildi
- Sabah 22 dərəcə isti olacaq
- Xəstənin ölümündə təqsirləndirilən ginekoloqa hökm oxundu
- Saxta sənədlə 20 ildir Almaniyaya sığınan Aidə ifşa oldu
- Könül Vəlibəylinin qızının vəziyyəti ağırlaşdı