Neft satışı ilə məşhurlaşan Adnan Əhmədovun həbsi ətrafında müxtəlif müzakirələr aparılır.
Adnan Əhmədzadənin ittiham olunduğu cinayətlərin xarakteri və əhatə dairəsi bu prosesin çox ciddi olduğunu və həbslərin çoxsaylı şəxsləri əhatə edəcəyini göstərir.
BUTA.TV Gününsəsi.info-ya istinadla xəbər verir ki, Adnan Əhmədzadə işinə vaxtilə onun əsas kuratoru olmuş Anar Əlizadə də cəlb ediləcək.
Artıq Anar Əlizadənin Azərbaycana çağırıldığı da deyilir.
Məlumata görə, Anar Əlizadənin ölkədən geri dönüşünə məhdudiyyət qoyulub.
Bildirilib ki, Adnan Əhmədzadə bəzi məsələlərə görə məsuliyyətin Anar Əlizadənin daşıdığını deyib.
Hazırda aparılan cinayət işinin istintaqı çərçivəsində Anar Əlizadənin də dindiriləcəyi deyilir.
Mənbə bu prosesin SOCAR-ın sabiq rəhbəri Rövnəq Abdullayev üçün də ciddi başağrısı yaradacağını əlavə edib.
Digər məlumata görə, hələ bir neçə ay əvvəl Anar Əlizadə ilə Adnan Əhmədzadə arasında konfilikt yaranıb.
- Bu məktəb və liseydə nümunəvi mülki müdafiə məşqi keçirildi
- Sabah 22 dərəcə isti olacaq
- Xəstənin ölümündə təqsirləndirilən ginekoloqa hökm oxundu
- Saxta sənədlə 20 ildir Almaniyaya sığınan Aidə ifşa oldu
- Könül Vəlibəylinin qızının vəziyyəti ağırlaşdı
- İranın həbs etdiyi cütlük artıq Fransadadır!
- Tələbə qəbulu "mygov"a inteqrasiya ediləcək
- Ağac maşının üzərinə aşdı: gəlin və qayınana xəsarət aldı - Foto